BolgeXeber.Com » Xəbərlər » Həftəsonları kafe və restoranlar işləyəcək? - Nazirlər Kabineti açıqladı

Həftəsonları kafe və restoranlar işləyəcək? - Nazirlər Kabineti açıqladı

28-01-2021, 10:29
Oxunub: 1 866 Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.

Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.