DİN Oktay Gülalıyevin işi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
28-01-2021, 19:59
Oxunub: 7 715
"2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü məhkəmənin hökmü ilə 2 il 3 ay azadlıqdan məhrum edildikdən sonra fəaliyyətləri böhtan və təxribat üzərində qurulmuş bəzi şəxslər sosial şəbəkə hesablarında məqsədli şəkildə məsələni yenidən gündəmə daşımağa cəhdlər edir, yalan iddialar irəli sürürlər".
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Qeyd edilir ki, məlum fakta görə başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar müstəntiqləri tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri, mütəxəssislərinin əldə etdiyi təkzibolunmaz sübutlar və Ədliyyə Nazirliyinin ixtisaslı əməkdaşlarının apardığı çoxsaylı ekspertizalarla hadisənin məhz sürücünün səhlənkarlığı və diqqətsizliyi səbəbindən baş verdiyi təsdiqlənmiş, nəticələri barədə zərərçəkmişin yaxınları və respublika ictimaiyyəti məlumatlandırılmışdır.
Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin həkimlərlə mütəmadi telefon əlaqəsi saxlaması barədə səsləndirilən cəfəng fikirlərə gəldikdə isə qeyd etməliyik ki, aidiyyəti əməkdaşlarımız istintaq prosesində həkimlərlə də, ekspertlərlə də, şahidlərlə də əlaqə saxlaya bilər və bu onların qanunla müəyyən edilmiş konkret vəzifə borcudur", Mətbuat xidmətindən bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər