Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - AÇIQLAMA
30-01-2021, 12:27
Oxunub: 2 248
Bakı metrosu fəaliyyətə tam hazır vəziyyətdədir.
Bu barədə "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, xüsusi karantin dövrü olmasına baxmayaraq metropoliten infrastrukturunu qorunmasını təmin edən əməkdaşlar iş başında olublar:
"Bakı Metropoliteninin bu və digər əməkdaşları stansiya və tunellərdə müvafiq işlərin icrasını həyata keçirirlər. Bu, metropolitenin çalışmamasına baxmayaraq, bütün hallarda metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində atılan addımlardır.
Belə ki, "Bakı Metropoliten”in fəaliyyətinin bərpası üçün qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək. Metronun açılması ilə bağlı qərar fevralın birində, 15-də və ya başqa tarixdə də ola bilər. Bu səbəbdən qurum olaraq biz sadəcə Operativ Qərargahın qərarını gözləyirik”.
Xatırladaq ki, sosial şəbəkələrdə metronun fəaliyyətinin 15 fevral tarixindən bərpa ediləcəyi ilə bağlı məlumatlar paylaşılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər