Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanılıb - FOTO
1-02-2021, 11:57
Oxunub: 2 240
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində heroin alveri ilə məşğul olan şəxslər ifşa edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və paytaxt sakini Ceyhun Əkbərov saxlanılıb. C.Əkbərovun idarə etdiyi “Kia” markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin aşkar olunub.
İstintaq zamanı E.Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu, taksi fəaliyyəti ilə məşğul olan C.Əkbərovla birgə sonuncunun idarə etdiyi “Kia” markalı avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib. Ancaq həmin şəxslər niyyətlərini həyata keçirə bilməyiblər. Belə ki, polis onları narkotik vasitələri satmaq istəyərkən “iş başında” yaxalayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər