Sarıqaya kənd tam orta məktəbi üçün tikilmiş modul tipli bina istifadəyə verilib
1-02-2021, 15:32
Oxunub: 832
Son illərdə ölkəmizdə bütün sferalarda olduğu kimi, təhsil sahəsində də həyata keçirilən uğurlu islahatlar təhsilalanlar üçün əlverişli tədris mühitinin formalaşmasına səbəb olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə nəhəng təhsil infrastrukturu formalaşmış, təhsilin maddi-texniki bazası möhkəmlənmişdir. Əlbəttə ki, dövlətimizin ali qayğısı təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin gündən günə yaxşılaşmasına, təhsilin ilk məqsədi olan nümunəvi vətəndaş yetişdirilməsi prosesinə birbaşa zəmin yaratmışdır.
Sevindirici haldır ki, rayonumuzda da son illərdə yeni məktəb binaları tikilərək təhsil ictimaiyyətinin istifadəsinə verilmişdir. 01.02.2021-ci ildən etibarən Sarıqaya kənd tam orta məktəbinin şagirdləri artıq təhsillərini yeni tədris binasında davam etdirəcək. Qeyd edək ki, məktəb Qarabağ müharibəsində şəhid olmuş Qarayev Mansur Şirvan oğlunun adını daşıyır. 2020/2021-ci dərs ilinin ikinci yarımilinin başlanması münasibətilə Zərdab RTŞ-nin müdiri Gülağa İsgəndərov məktəbdə olmuşdur. Şəhidin abidəsi önünə gül dəstələri qoyulmuş, ruhuna ehtiram bildirilmişdir. Həmçinin məktəb rəhbərliyinə xüsusi karantin rejimi dövründə tədrisin müvafiq qaydalar çərçivəsində təşkilinə dair tapşırıq və tövsiyələr vermiş, şagird və müəllim heyətinə yeni-yeni təhsil nailiyyətləri arzulamışdır.
https://www.facebook.com/zardab.edu.az






Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm