BolgeXeber.Com » Xəbərlər » Füzulidə 3 mülki şəxs minaya düşüb, bir nəfər həlak olub

Füzulidə 3 mülki şəxs minaya düşüb, bir nəfər həlak olub

2-02-2021, 18:24
Oxunub: 1 728 Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.