Apreldən toyların BU QAYDADA keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
3-02-2021, 12:56
Oxunub: 568
Azərbaycanda bir ildən çoxdur ki, pandemiya ilə əlaqədar olaraq toyların keçirilməsi qadağan olunub. Son zamanlar gündəlik yoluxanların və ölənlərin sayında xeyli azalma müşahidə olunur. Bundan əlavə, yanvarın 18-dən ölkədə koronavirus əleyhinə peyvəndlənməyə də başlanılıb. Bu səbəbdən toyların keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması mümkündürmü? Toyların keçirilmə qaydası ilə bağlı müxtəlif təkliflər var. Onlrdan biri də toyların 70-80 nəfərlə keçirilməsidir.
Azərbaycanda toyların keçirilməsinə nə zamandan icazə verilə bilər?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, birdən-birə bütün qadağaları ləğv etmək olmaz:
"Artıq gündəlik yoluxma 100-ün üzərindədir. Bu gün sevindirici hal odur ki, insanlar karantin qaydalarına məsuliyyətlə yanaşır, maskadan düzgün istifadə edirlər. Düşünürəm ki, gündəlik yoluxma sayı 100-dən aşağı düşdükdən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək. Toyların keçirilməsi ilə bağlı qaydalar bir daha müzakirə olunmalıdır. Toylarda insan sayı 60-70 nəfər olmalı, bir masada 6 nəfər oturmalıdır. Stollar elə qurulmalıdır ki, iki stul arasındakı məsafə 1.5 metr olsun. İki masa arasındakı məsafənin ən azı 2 metr olması vacibdir. Yəni toy keçirilən masaların sayı 30-50 olmalıdır. Masaların sayının azalması toyda iştirak edən insanların sayını da məhdudlaşdıracaq. Üzbəüz və yanbayan oturan insanların məsafə məsələsi həll edilməlidir. Yəqin ki, yaxın zamanda toyların keçirilməsi ilə bağlı təlimatlar hazırlanacaq. Düşünürəm ki, yoluxan və ölənlərin sayında mövcud azalma dinamikası davam edərsə, aprel ayından toyların keçirlməsinə icazə verilə bilər. Əlbəttə bu qərarı vermək səlahiyyəti Operativ Qərargahındır. Hesab edirəm ki, gündəlik yoluxma sayına uyğun olaraq Operativ Qərargah qərar vercək".
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm