BolgeXeber.Com » Xəbərlər » Təhsil nazirimiz dəyişsə də məktəblərdəki biyabırçılıqlar dəyişməz olaraq qalır-Video

Təhsil nazirimiz dəyişsə də məktəblərdəki biyabırçılıqlar dəyişməz olaraq qalır-Video

5-02-2021, 15:10
Oxunub: 4 374 Oxuinfo.az xəbər portalına müraciət edən Naftalan şəhər sakini İlhamə Əmraslanova başına gətrilən oyunları işıqlandırmağı bizdən xahiş etdi. Şikayətçi bildirdi ki, Naftalan şəhər 2- sayli Səməd Vurğun adına tam orta məktəbdə tarix fənnindən dərs tədris etməyə başlamışdır. İlhamə müəllimə bildirdi ki, 2008-ci ildə analığ məzunuiyyətinə çıxıb, analığ məzuniyətinə çixarkən onun dərs saati 12- saat olub, amma analığ məzuniyyətindən qayıtdıqdan sonra artıq işlədiyi məktəbin dırektoru dəyişmiş, yeni dIrektor isə Adilə Bağiroava təyin olunmuşdur. Şikayətçi bildirdi ki, nəqədər ki, öz dərs saatlarını yeni direktor təyin olunan Adilə Bağirovadan geri istəməmişdir məktəbdə nə direktorla nədəki pedaqoji kollektivlə heç bir problem yaşamamışdır, tam əksinə kollektivin sevimli müəlliməsi olmüşdür. Amma dərs saatlarımı israrla geri istədiymi görən məktəb direktoru Adilə Bağırova ona qarşı qarayaxma kompaniyasına start vermişdir. Əlbətdə ki, şikayətçinin təbirincə desək bir təhsil ocağının direktorunun öz müəlliməsinə qarşı şər böhtan kompaniyasına start verməsi təhsilimiz adına yaraşmayan bir addimdir. Görünür Adilə Bağırova Ümummilli liderimiz müasir Azərbaycanin qurucusu Heydər Əliyevin müəllimlər haqqinda söylədiklərini unudub, çünki Adilə Bağırovanın başı öz rəhbəri olduğu təhsil ocağında müəllimələri təhdid edib ləkələməyə qarışdığından Ulu öndərin müəllimlər haqqında söylədiklərindən bir nəticə çıxarmaq üçün vaxtı olmayıb .Çox maraqlıdır ki, Naftalan şəhər S.Vurğun adina 2- saylı tam orta məktəbində baş verənləri araşdırıb tədbir görmək əvəzinə Naftalan şəhər təhsil şöbəsinin müdiri Dəmirova Rəna, məktəb direktoru Adilə Bağırovanin bu qanunsuz əməllərinə haqq qazandırmışdır. Yəqin ki, Naftalan şəhərində təhsil ocağında baş verənlərdən, cənab prezidentimizin etimad göstərərək təhsilimizin başına gətirdiyi hörmətli nazir Emin Əmrullayevin xəbəri var əgər yoxdursa yəqin ki, yazımızdan sonra xəbəri olar. Ümumiyyətlə cəmiyyətdə belə bir fikir yaranmışdı ki, təhsil naziri Emin Əmrullayev təhsilimizdə keçmişdən yığılıb qalan nöqsanları aradan qaldıracaq, amma Naftalan şəhər S.Vurğun adina 2- saylı tam orta məktəbində baş verənlər cəmiyyətimizin yanıldığını göstərdi. Emin Əmrullayev təhsilimizin başina gətrilsədə görunən odur ki, heç təhsilimizin ayağindan belə xəbəri yoxdur əyər olsaydı Naftalan şəhər orta məktəbində və Haftalan təhsil söbəsində bu kimi hallar baş verməzdi. Belə olan halda Müəllim və müəllimələr öz dərdlərini kimə desinlər, hansı aidiyyati qurumun qapısını döysünlər ki, problemlərini həll etsinlər. Biz yenədə Ümüdümüzü itirmir hörmətli təhsil nazirimiz Emin Əmrullayevin qaldırdığımız məsələyə diqqət ayiracağına inanırıq.
Redaksiyamız problemlə bağlı qarşı tərəfində fikirlərini dərc etməyə hazırdır
Daha ətraflı videosujetdə: