Biletin qiymətləri kəskin artdı: 350 manatdan 800 manata... - VİDEO
22-02-2021, 09:44
Oxunub: 1 506
Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb.
Bolgexeber.com xezerxeber.az-a istinadən xəbər verir ki, son bir il ərzində, demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.
Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşmaya səbəb pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsidir. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.
Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb.
Ekspertlər sərhədlərin bütün istiqamətlər üzrə açılacağı və müntəzəm uçuşların bərpa ediləciyi təqdirdə qiymətlərin tədricən enəcəyini bildirirlər. Lakin aviaşirkətlərin ziyanı çox olduğundan qiymətlərin əvvəlki səviyyədə olmayacağı gözlənilir.
Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idi isə, indi bu qiymət 800 manatadır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər