Qubada evlərdən oğurluq edən gənc saxlanılıb - FOTO
22-02-2021, 13:57
Oxunub: 1 969
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən müxtəlif vaxtlarda bir ədəd velosiped, məişət avadanlıqları və geyim əşyaları oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramin Teymurxanov saxlanılıb.
Saxlanılan şəxs törətdiyi əməlləri etiraf edərək, qanunsuz yolla əldə etdiyi velosipedi dəyərindən ucuz qiymətə satdığını, digər əşya və avadanlıqları isə gizlətdiyini bildirib. Həmin velosipedin, eləcə də digər əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı R.Teymurxanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər