BolgeXeber.Com » Xəbərlər » Ağdaş sakinində narkotik vasitə aşkarlanıb

Ağdaş sakinində narkotik vasitə aşkarlanıb

24-02-2021, 13:46
Oxunub: 1 691 Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini R.Səmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən sellofan torbada ümumi çəkisi 450 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.