Toy və yas mərasimlərinə icazə verilməlidir - AKTUAL
27-02-2021, 09:30
Oxunub: 1 796
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, dini mərasimlər və toy məclislərinin bərpası ilə əlaqədar müvafiq addımlar atılacaq.
Mövzu ilə bağlı "Şərq"ə danışan millət vəkili Fazil Mustafa isə qeyd edir ki, Mübariz bəyin açıqlaması həmin məsələ ilə bağlı müsbət düşüncənin olmasının göstəricisidir:
"Toy və yas mərasimlərinin gecikdirilməsi çox yanlış düşüncədir. Yaxın bir zamanda buna icazə verilməlidir. Bu istiqamətdə mütləq addım atılmalıdır. Uzun müddətdir ki, insanlar övladına toy edə bilmir. Restoranda olmasa da olar. İcazə verin 20-30 nəfərlə də olsa camaat məclisini keçirsin. Bununla da mövzu qapansın.
Bir aydan sonra Müqəddəs Ramazan ayı başlayır. İnsanların bir qismi doğru dini düşüncəyə sahib olmadığına görə həmin müddət ərzində toy etməkdən çəkinir. Bu səbəbdən bir ay müddətində vətəndaşlara toy edə bilmək şansını vermək lazımdır.
Təbii ki, məclislərin keçirilməsinə nəzarət mütləqdir.
Mərasim zamanı insan sayının çox olmamasına riayət edilməlidir. Mübariz Qurbanlının açıqlama verməsi də bu yöndə müsbət fikirlərin olduğunu göstərir. Sadəcə, buna praktikada əməl etmək və konkret qərar vermək gərəkdir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər