BolgeXeber.Com » Xəbərlər » Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur? -FOTO

Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur? -FOTO

1-03-2021, 12:03
Oxunub: 2 425 Türkiyənin "Anadolu" qəzetində xalq artisti, professor Əflatun Nemətzadənin tənqidi məqaləsi çap edilib.

Professor məqladə 1988-ci ildə təmir olunacağı adı ilə çıxarıldıqları və yalan sənədləşmələr ilə aldadıldıqları yaşayış binası ilə bağlı bir sıra faktlar açıqlayıb, məsələ ətrafında araşdırmasını oxucularla bölüşüb. 

Əflatun Nemətzadənin məqaləsinə əsasən, Azadlıq prospektində qaldıqları evin "pilot layihə" formatında təmir üçün bağlanması və sakinlərinin çıxarılması məsələsinə Nəsimi Rayonunun İcra başçısı Asif Əsgərov nəzarət edib. "FƏRƏH" adlı tikinti şirkətinin rəhbəri Yavər Qurbanov isə yenə bu məsələdə adı hallanan şəxslərdən biridir.

Həmin binanın sakinləri nəyə görə 2 il sonra təmir olunmuş evə köçəcəkləri vədi ilə aldadılıblar və bu vədlərin yalan çıxma səbəbi nədir?

Bolgexeber.com-un məlumatına görə redaktor.az məsələ ilə bağlı Nəsimi Rayonu İcra Hakimiyyətinə zəng edərək mövzunu araşdırmağa çalışıb. Davamlı zənglərimizə baxmayaraq, suallarımızdan yayınan İcra Hakimiyyəti rəsmiləri sonda bizi  Təsərrüfat şöbəsinin müdiri Asim Rzayevə yönəltdilər. A.Rzayev sözügedən maqalə, ümumlikdə məsələn xəbərdar olduqdan sonra nömrəmizi bloklamaqla kifayətləndi. 

Təəssüf ki, dövlət başçısının dəfələr öz çıxışlarında hər bir məmurun xalqın xidmətçisi olduğunu bildirməsi fikirini Nəsimi Rayon İcra hakimiyyəti, icra başçısı Asif Əsgərov kimilər qulağardına vurur. Nəticədə isə xırda bir sosial problem xarici mediada işıqlandırılır, ölkəmizin adına xələl gətirilir. Halbu ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir. Ümid ediri ki, bu uğura kölkə salan belə məmurlar yaxın zamanlarda tarxin arxivinə qovuşacaqlar.

Mövzunu diqqətdə saxlayacaq, araşdırmamımızı davam etdirəcəyik. Bu baxımdan qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.