BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində - FOTOLAR

İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində - FOTOLAR

1-03-2021, 16:06
Oxunub: 2 011 Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Ro-Pax” tipli "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər.

Məlumat verilib ki, "Ro-Pax” tipli "Akademik Zərifə Əliyeva” gəmi-bərəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.

Prezident İlham Əliyev "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb.

Birinci vitse-prezident Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.

Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ro-Pax” tipli "Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci vitse-prezident "Azərbaycan” gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni "Ro-Pax” tipli gəmi-bərələr istismara veriləcək.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.

Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.