BolgeXeber.Com » Xəbərlər » “BakuBus”ın sürücüsündən vətəndaşa əxlaqsız jest - VİDEO

“BakuBus”ın sürücüsündən vətəndaşa əxlaqsız jest - VİDEO

2-03-2021, 16:00
Oxunub: 1 817 Bakıda sərnişin avtobusu sürücüsü vətəndaşa qarşı nalayiq hərəkət edib.

Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan da göründüyü kimi "BakuBus” şirkətinə məxsus 88 saylı, 99 JZ 182 dövlət nömrə nişanlı avtobus xəttində çalışan sürücü vətəndaşa orta barmaq işarəsi göstərib və onu təhqir edib.

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində, "Azadlıq Prospekti” metrosu yaxınlığında qeydə alıb.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Bolgexeber.com xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlmasında bildirib ki, bu məsələ araşdırılıb. Əlavə məlumat veriləcək.