Bərdədə Şəhidlər Xiyabanında tikinti abadlıq işləri başa çatmışdı
2-03-2021, 17:27
Oxunub: 5 924
Bolgexeber.com bildirir ki, Bərdə şəhərinin Şəhidlər Xiyabanında rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin noyabr ayından başlanan abadlıq, təmir-bərpa işləri tam başa çatmışdır. Xiyabanda birinci Qarabağ müharibəsindən bəri olan şəhid məzarlarının kənarlarında qranit və mərmər döşəmə örtüyü, qranit lövhə və arxa divarlar təmir edilmiş, ərazidə texniki bərkitmə işləri aparılmış, əraziyə 1600 kv metr tamet üzlük döşənmişdir. Xiyaban ərazisi dekorativ divarla ümumi qəbirstanlıqdan ayrılmış, yaşıllıq zolaqları yaradılmış, su sistemi quraşdırılmış, ad göstəricisi olan giriş qapısı, şəhid bulağı kompleksi, işıqlandırma sistemi bərpa olunmuş, oturacaqlar və çöp qabları quraşdırılmışdır. Xiyabanın girişinə, ana yol və keçidlərə asfalt örtük verilmişdir. Şəhidlər Xiyabanı kompleksi şəhid ailələrini, ümumilikdə ziyarətçiləri razı salacaq səviyyədə dizayn baxımından da səliqə ilə işlənmişdir.
Bununla yanaşı kənd qəbirstanlıqlarında dəfn olunan şəhidlərimizin məzarlarının götürülməsi işi də tamamlanmışdır.
Allah şəhidlərimizə rəhmət etsin!













Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər