BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa yoluxan və ölənlərin sayı artdı

Azərbaycanda koronavirusa yoluxan və ölənlərin sayı artdı

6-04-2021, 18:30
Oxunub: 1 368 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.
Bolgexeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb.