BolgeXeber.Com » Xəbərlər » Niyaməddin Musayev koronavirusa yoluxdu - xəstəxanaya yerləşdirildi

Niyaməddin Musayev koronavirusa yoluxdu - xəstəxanaya yerləşdirildi

12-04-2021, 12:00
Oxunub: 1 192 Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.