Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı
13-04-2021, 10:00
Oxunub: 1 784
Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr, sosial şəbəkələr üzərindən yayımlar olacaq. Dini ayinlər də keçən il olduğu kimi canlı yayım vasitəsi ilə icra olunacaq.
İnsanlar evlərindən buna qoşula, ibadətini evində edə bilərlər. Din xadimləri də hər gün məscidlərdə bu mövzularda danışıb, ayinləri istiqamətləndirəcəklər.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, insanlar canlı yayımı təkcə izləməyəcəklər, eyni zamanda qoşulmaq fürsətləri də olacaq:
"Mən hər bir vətəndaşın narahatlığını başa düşürəm, məscidlər də əvvəlki fəaliyyətlərinə dönmək istəyirlər, dini ayinləri icra etmək istəyirlər. Çətin də olsa, mən insanlarımızı səbirli olmağa çağırıram, inanırıq ki, bu, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazan ayı olar. Artıq ölkədə vaksinasiyaya da start verilib".
H.Şahin qeyd edib ki, Ramazan ayında oruc vacibdir, kütləvi iftar mərasimlərində iştirak etmək isə vacib deyil:
"Əlbəttə, iftar süfrələrinin təşkili bəyənilən bir əməldir, ancaq indiki epidemiya vəziyyətində deyil. Hazırda vəziyyətə uyğun olaraq hərəkət etməliyik. Dinimizin də gözəlliyi bundadır ki, elmə söykənir, sağlam məntiqə əsaslanır.
Ona görə də elmi mütəxəssislər bizə deyirsə ki, kütləvi toplaşmaq yoluxmanı artırır, demək, dinimiz də bizdən qaydalara riayət etməyi tələb edir".
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər