Mingəçevirdə quldurluq edən şəxs saxlanılıb
13-04-2021, 14:21
Oxunub: 1 640
Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən vətəndaş Ə.Həsənzadə Xətai küçəsində naməlum şəxsin ona yaxınlaşıb danışmaq üçün mobil telefonunu istədiyini, vermədikdə isə xəsarət yetirib telefonu götürərək hadisə yerindən qaçdığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, zərərçəkənin müraciəti əsasında polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
“İsti izlər”lə həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sahil Osmanov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib. Zərərçəkmişə məxsus mobil telefon da S.Osmanovun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər