Aprelin 19-da saat 15:00-da Yasamal Rayon Məhkəməsində hakim Vahid Hacıyevin sədrliyi ilə Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov və Bakı Dövlət Universitetinin keçmiş prorektoru Nəbi Ramazanlıya qarşı mülki iddia ilə bağlı hazırlıq iclası olub.
İddiaçı İsmixan Mirzəyevdir.
Elektron məhkəmə portalında mülki iddianın predmeti kimi öhdəliklər üzrə mübahisə göstərilir.
"Neçə illərdir mebel işlərini görmüşük, lakin indiyədək pulumuzu ala bilmirik”, - iddiaçı tərəf bildirib./Turan.az
Azərbaycan Respublikası, Bakı şəhəri
(+99470) 600 50 01
(+99450) 229 29 20
(+994 70) 734 50 00