BolgeXeber.Com » Xəbərlər » Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı (FOTO)

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı (FOTO)

20-04-2021, 17:55
Oxunub: 1 168 Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq  başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı mənzildən çıxarılıb.

Unikal.org-un məlumatına görə, V.Hacıyevin ailəsinin əşyaları İmişli şəkər zavodundakı yataqxanadan daşınıb. Sabiq başçının çalışdığı dönəmdə yaşadığı mənzil təhvil alınıb.

Xəbəri İmişli Şəkər Zavodundan təsdiqləyiblər.