Azərbaycanı gözləyən Hindistan ştammı təhlükəsi: Bütün obyektlər bağlana bilər
3-05-2021, 16:17
Oxunub: 1 064
"Koronavirusa yoluxanların sayında azalmaların olması bizi aldatmamalıdır. Bundan əlavə koronavirusa yoluxanlarla bağlı real rəqəmlər də fərqli ola bilər. Xəstələrin bir çoxu xəstəxanaya getmək istəmirlər və ambulator şəraitdə evdə müalicə alırlar. Bütün bunları nəzərə almaq lazımdır".
Bolgexeber.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, bu gün Hindistan ştammı təhlükəsi var. Burada ikili mutasiyadan söhbət gedir: "Əgər bu ştamm dünya üzrə yayılsa, ölkələr çox sərt tədbirlər görərsə, təbii ki, biz də bu yolu getməyə məcburuq. Hələlik Azərbaycanda karantinin yumşalmasını məqsədəuyğun hesab etmirəm.
Digər tərəfdən Azərbaycanda metro qadağası ləğv olunarsa, qapalı mühit olduğuna görə maskalardan istifadə mütləqdir. Həmçinin məsafə gözlənilməli, karantin göstərişlərinə əməl olunmalıdır.
Hesab edirəm ki, Hindistan ştammı bizim bölgəyə gəlib çıxarsa, dərhal karantin tədbirləri görülməlidir. Həmçinin ictimai iaşə obyektlərinin də bir müddət fəaliyyəti dayandırılmalıdır. Çünki yoluxmanın bir mənbəyi də bu obyektlərdir. Paralel olaraq ictimai nəqliyyatda qayda-qanun yaradılmalıdır".
Qeyd edək ki, Hindistan ştammının Azərbaycanda rast gəlinməsini dəqiqləşdirmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərdik. Qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirilib ki, hələ ki, Azərbaycanda Hindistan ştammının yayılması ilə bağlı rəsmi məlumat yoxdur: "Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq".
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman