Azərbaycanda boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış oldu
4-05-2021, 12:30
Oxunub: 1 664
"Facebook” sosial şəbəkəsindəki "Hüquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.
Bu barədə tanınmış vəkil Aqil Layic "facebook"da məlumat paylaşıb.
O qeyd edib ki, boşanmış ər və arvad "Hüquqşünaslar” qrupunda saxta adlarla vəkillərdən məsləhət alıb, bu əsnada həmin profillərlə tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:
"Ər-arvad boşanmışdılar. Hər ikisi də feyk profillərlə qrupda gecə-gündüz hüquqi suallar yazırdılar və məsləhət alırdılar. Amma bir-birini tanımırlar.
Yenidən feyk profillə tanış olurlar və adlarını hər ikisi səhv deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır.
Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real dava düşür”.
"Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi, hər ikisi də iddia edirdi ki, o, qrupa layiq deyil”, - vəkil bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər