BolgeXeber.Com » Xəbərlər » "Aslan Hüseynov və sürücüsü qəzada vəfat edib" - RƏSMİ AÇIQLAMA

"Aslan Hüseynov və sürücüsü qəzada vəfat edib" - RƏSMİ AÇIQLAMA

4-05-2021, 15:38
Oxunub: 1 872 Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:
"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".