BolgeXeber.Com » Xəbərlər » "Lotu Quli" və "Lənkəranski" tərəfdarları arasında atışma - VİDEO

"Lotu Quli" və "Lənkəranski" tərəfdarları arasında atışma - VİDEO

14-05-2021, 14:19
Oxunub: 1 264 Rusiyanın Tümen şəhərində silahlı insident yaşanıb.

Bu barədə Rusiyanın “TumenPro” informasiya agentliyi məlumat yayıb.

Agentlik hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadən qeyd edir ki, mayın 13-ü gecə saatlarında şəhərin Klara Setkin küçəsində yaşanan atışma öldürülən azərbaycanlı “qanuni oğru”ların - “Lotu Quli” ləqəbli Nadir Səlifovun və Rövşən Canıyevin (Lənkəranski) tərəfdarları arasında baş verib.

Onlar arasında mübahisə Tümen bazarlarına nəzarət üstündə yaranıb.