BolgeXeber.Com » Xəbərlər » DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq

DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq

17-05-2021, 11:37
Oxunub: 1 480 Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının öldürülməsi məsələsi ilə bağlı istintaq Baş Prokurorluq tərəfindən aparılacaq.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

O bildirib ki, DSX-nin əməkdaşlarının öldürülməsi, qanunsuz narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun göstərişi əsasında qurumun İstintaq İdarəsinə həvalə edilib.