BolgeXeber.Com » Xəbərlər » Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

Şuşada Üzeyir Hacıbəyovun və Bülbülün heykəli ucaldılacaq

20-05-2021, 18:58
Oxunub: 1 320 Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülbülün yeni heykəli ucaldılacaq.
Bunu  açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.
O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülbülün abidəsi olub: "Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq".
A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib: "Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.