BolgeXeber.Com » Xəbərlər » Qazilər və Şəhid Ailələri deputat Malik Həsənovdan danışdı - BTV Media qrup yeni rublikasına start verdi

Qazilər və Şəhid Ailələri deputat Malik Həsənovdan danışdı - BTV Media qrup yeni rublikasına start verdi

16-06-2021, 19:46
Oxunub: 2 360 Seçkilərdə pafos dolu çıxışları ilə vətəndaşlardan səs almağa çalışan deputatlar yenə sükuta qərq olub. Nə seçici yada düşür nədə ki, bğlgələrdə baş qaldıran promlemlərin həlli. Düzdür iki ildir ölkəni cənginə alan kovid xəstəliyi hər kəsin işiləməsinə səd çəkdiyi kimi millət vəkillərinin də fəaliyyətlərinə çətinliklər yaradıb. Amma, bu o demək deyil ki, xəstəliyin ağır günündə deputat seçicisində uzq düşüb onunla maraqlanmamalıdır. Bu istiqəmətdə BTV media qurupunun ideyası olan "Deputat və Seçici" lahiyəsi fəaliyyətə başlayıb. TV əməkdaşlarının məqsədi regionlarımızda olan vətəndaşlar ilə deputaların arasında olan əlaqə və insanların nə dərəcədə deputatına etimad göstərməsi, eləsədə seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir. 

BTV-nin əməkdaşları ilk olaraq öz səmimi insanı, dəyərli ziyalısı, şərəfli məmuru ilə seçilən cənub bölgəsinin Ukraynası Cəlilabadda olublar. Media qrupu Əlillər, Şəhid Alilələri Qazilərlə görüşüb millət vəkilləri ilə bağlı səmimi söhbətlər aparıblar.  

 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etdi,  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib Sərkərdə, Azərbaycan xalqını məğrur xalq, ordumuzu ən güclü ordu kimi yazdı. Zəfərimizin müəllifi olan  möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə  qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi səfər etməsi hər birimizi daha da qürurlandırdı deyən Qazilər deputat Malik Həsənov və nümayəndələrindən razı qaldıqlarını dilə gətirdilər. Şəhid Ailələrinə də hər zaman qayğı ilə yanaşan milət vəkili onlara ərzaq və pul yardımlarını mütamadə edildiyi bildirildi. Bundan başqa rayonda deputatın nümayəndələrinin apardığı marifləndirmə işində əhali arasında minnətdarlıqlar edildi. Eləcdə rayon ağsaqqalları və ziyalılarıda deputatdan razılıq edib minnətdar olduqlarını bildirdilər.

Kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, xeyirxah işlər görmək xalqımızın malik olduğu zəngin mənəvi dəyərlərdən irəli gəlir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir.  Bugün insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərə söykənir. Arzu edirik ki, ölkəmizdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif lahiyələrin, xeyriyyəçilik aksiyaları əksiltməyən deputatlarımız və vəzifə sahiblərimiz çox olsun.
Qeyd edək ki, BTV-nin "Deputatlarımızı Tanıyaq" rublikasını davam etdirir. BTV-nin növbəti qonaqları millət vəkilləri Kamaləddin Qafarov və İmamverdi İsmayılov olacaq.