BolgeXeber.Com » Xəbərlər » Son sutkada vaksinasiya olunanların sayı açıqlanıb

Son sutkada vaksinasiya olunanların sayı açıqlanıb

12-06-2021, 18:08
Oxunub: 1 536 Azərbaycanda bu gün 40 844 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 5 373 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 742 867-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 783 506, ikinci mərhələ üzrə isə 959 361 nəfər təşkil edir.