BolgeXeber.Com » Xəbərlər » Prokurorluq sevgilisi ilə azyaşlı uşağının dilini qoparan ananın məsələsini nəzarətə götürdü

Prokurorluq sevgilisi ilə azyaşlı uşağının dilini qoparan ananın məsələsini nəzarətə götürdü

17-07-2021, 17:48
Oxunub: 2 608 Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. 
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”, - deyə qurumdan vurğulanıb.