Mingəçevirdə patı və heroin satan şəxs saxlanılıb - FOTO
19-07-2021, 13:30
Oxunub: 1 216
Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Belə ki, İran vətəndaşının ona göndərdiyi bank hesabına pul yüklədikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu N.Əmirova göndərib. Araşdırma zamanı şübhəli şəxsin 2 ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (patı ) satdığı da müəyyən edilib.
Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər