Azərbaycanda koronavirus xəstəsi toya gəldi - FOTOLAR
20-07-2021, 12:48
Oxunub: 2 168
İsmayıllı Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən "Röya” şadlıq sarayında keçirilən yoxlamalar zamanı toya dəvət edilən qonaqlar içərisində bir nəfər qadının aktiv koronavirus xəstəsi olduğu müəyyən edilib. O, ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Qadının saraya girişinə icazə verilməyib və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər