Əbülfəz Elçibəyin oğlu Ərturqut evlənir: Toy tarixi açıqlandı
20-07-2021, 14:35
Oxunub: 2 760
Azərbaycanın Milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.
Bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat yayıb.
Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.
İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.
Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər