Tərtərdə Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib
21-07-2021, 09:37
Oxunub: 1 712
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd edilir.
Bayram münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb. Bildirib ki, müqəddəs Qurban bayramı Azərbaycanda geniş qeyd olunur. Bu müqəddəs bayramda insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində qurbanlıq qoyunlar kəsilərək Qarabağ müharibəsi, Vətən müharibəsi şəhidlərinin, qazilərinin ailələrinə Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, rayonun abadlıq, quruculuq, yaşıllaşdırma işlərində çalışanlara, sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, hərbi hissələrə qurban payları göndərilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər