Şikayət etmirsinizsə, demək, 44 dərəcədə işləmək olar!
23-07-2021, 16:01
Oxunub: 4 240
Temperatur 40 dərəcədən yuxarı qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq hava şəraitində çalışanların işləməsini qadağan etməli, yaxud da təcili vaxt dəyişikliyinə getməlidir.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkli Fazil Mustafa deyib.
“Son günlər ölkədə temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama verən yoxdur”, - millət vəkili şikayətlənib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib ki, Xidmət mütəmadi olaraq anomal isti və soyuq havalarda, şiddətli külək şəraitində işəgötürənlərə KİV və sosial şəbəkələr vasitəsilə xəbərdarlıq edir:
“İşçilərin əmək hüquqlarının pozulması halları qeydə alınarsa, bununla bağlı Xidmətə şikayət daxil olduqda, media tərəfindən işıqlandırıldıqda, dərhal fakt rəsmi qeydiyyata alınır və araşdırılır. İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcədən çox olduğu günləri nəzarətdə saxlamalıdır. Gün ərzində yüksək temperaturun müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində fəaliyyət dayandırmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələrin verilməsi təmin edilməlidir. Xatırladaq ki, əmək qanunvericiliyinin tələbələrini pozan işəgötürənlər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”, - qurum rəsmisi deyib.
A.Osmanqızı qeyd edib ki, ötən 2 ayda işçilər tərəfindən bu faktla bağlı Xidmətə şikayət daxil olmayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər