BolgeXeber.Com » Xəbərlər » Sabiq idarə rəisi polkovnik Vüsal Babayev rüşvətə görə həbs edildi (RƏSMİ)

Sabiq idarə rəisi polkovnik Vüsal Babayev rüşvətə görə həbs edildi (RƏSMİ)

24-07-2021, 00:02
Oxunub: 3 600
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Bolgexeber.com xəbər verir ki, o Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.
Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.