BolgeXeber.Com » Xəbərlər » Müstəqim Məmmədov vətəndaşları qəbul edib-FOTO

Müstəqim Məmmədov vətəndaşları qəbul edib-FOTO

27-07-2021, 18:51
Oxunub: 464 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, işlə təmin olunması ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həsasslıqla yanaşılıb müvafiq izahatlar verilib.
İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.
Rayon sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanla bağlı möhtərəm Prezident cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bolgexeber.com