Qobustanda şadlıq sarayının sahibi və daha 7 nəfər cərimələnib
28-07-2021, 11:35
Oxunub: 1 712
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı şadlıq saraylarında, fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qırxbulaq” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb.
Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Aslan Dəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq o, 4 min manat cərimələnib.
Rayonun kəndlərində və şəhər ərazisində yerləşən ümumilikdə 7 fərdi yaşayış evində keçirilən toy mərasimlərində də karantin rejiminin tələblərinin pozulması halları aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman dəvət edilən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən olunub. Həmin toy sahiblərinin hər biri 400 manat cərimələnib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər