Şabranda narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb
28-07-2021, 13:14
Oxunub: 1 896
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakinləri Ayaz Yaqubov, Anar Vəliyev və Ramin Atakişiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Yaqubovun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı çətənə bitkiləri, evin zirzəmisindən isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana və kustar üsulla hazırlanmış heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Bundan başqa, A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Anar Vəliyevin üzərinə baxış zamanı tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Bununla yanaşı, A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Ramin Atakişiyevin yaşadığı evə keçirilmiş baxış zamanı çətənə (kannabis) bitkisi və isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər