BolgeXeber.Com » Xəbərlər » Bərdə rayonunda şəhid Paşayev Ramil Şakir oğlunun doğum günü qeyd olundu

Bərdə rayonunda şəhid Paşayev Ramil Şakir oğlunun doğum günü qeyd olundu

29-07-2021, 11:02
Oxunub: 336 28 iyul 2021-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin tapşırığına əsasən Vətən müharibəsində şəhid olan Bərdə rayonu Əyricə kəndindən olan şəhidimiz Paşayev Ramil Şakir oğlunun doğum günü münasibəti ilə şəhidin ailəsi ziyarət olunmuş, qəbirüstü abidəsinə gül dəstələri qoyulmuşdur. Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə rayon İcra Hakimiyyəti başçısının Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Royal Namazov, "Qarabağ Qaziləri" İctimai birliyinin sədri Sürəddin Səfərov, şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayeva, rayon ictimaiyyəti və başqaları iştirak etmişlər.
Tədbirdə Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına 30 illik həsrətə son qoyulmuşdur. Bütün Azərbaycan xalqı kimi bərdəlilər ilk gündən Vətən müharibəsində Ali Baş Komandanın ətrafında birləşmiş, oğulları igidliklər göstərmiş, canlarını qurban verməkdən çəkinməmişlər. Şəhid olan qəhrəman oğullarımızdan biri də bugün 27 yaşı tamam olan Paşayev Ramil Şakir oğludur. Onun qəhrəmanlığı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə qiymətləndirilmiş, ailəsi dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidimizin atası Şakir Paşayev oğlu şəhid Paşayev Ramilin hərbidəki xidmətindən və ömür yolundan danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə etmişdir. Digər çıxışçılar Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, şəhidin döyüşçü yoldaşları, “N” saylı hərbi hissənin komandir və hərbçiləri, Bərdə rayon İcra Hakimiyyəti başçısının Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Royal Namazov, "Qarabağ Qaziləri" İctimai birliyinin sədri Sürəddin Səfərov, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi rayon şöbəsinin sədri İsmayıl Rüstəmov və başqaları çıxış edərək ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğundan, şəhid ailələrinə və qazilərə olan dövlət qayğısından, şəhid Paşayev Ramilin döyüş yolundan, xatirələrindən danışmış, onun timsalında bütün şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulamışlar.