Sumqayıtda "patı" satan qadın saxlanıldı
29-07-2021, 14:43
Oxunub: 1 496
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin Corat qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddə olan "patı"və "şüşə" adlanan metamfetaminin, heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər şəxs saxlanılıb.
Onların Elmar Teymurov, Könül Sadıqova, Kamran Əliyev və Elçin Şükürov olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb.
Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və müxtəlif illərdə 20 il məhkumluq həyatı yaşamış Elmar Teymurov və Kamran Əliyevdən heroin, Elçin Şükürovdan marixuana, "patı" adlandırılan metamfetamin və Könül Sadıqovadan metamfetamin aşkarlanıb.
Həmin şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər