BolgeXeber.Com » Xəbərlər » "45 manatlıq menyu 20 manata da dəyməzdi" - Şadlıq sarayından ŞİKAYƏT

"45 manatlıq menyu 20 manata da dəyməzdi" - Şadlıq sarayından ŞİKAYƏT

14-09-2021, 13:18
Oxunub: 824 Uzun müddət sonra toylara icazə verilməsi ilə restoranlar öz fəaliyyətlərinə qaldıqları yerdən davam etməyə başladı. Amma köhnə qiymətlərdən, köhnə keyfiyyətlərdən əsər-əlamət yoxdur. Bu dəfəki şikayətimiz "Pluton" şadlıq sarayı ilə bağlıdır.

Sonxeber.az-ın verdiyi məlumata görə, şikayətçi Fəxriyyə Xankişiyeva avqustun 2-də "Pluton" restoranında oğluna toy edib:

"Amma toy gözlədiyim kimi olmadı. Restoranın verdiyi yeməklər bişməmiş, köhnə idi. Ömrümdə birinci dəfə bu cür lülə kabab görürdüm: möhkəm və daş kimi. Sifariş etdiyimiz menyu bəzi stollara tam gəlmədi. Tortu isə yemək belə, mümkün deyildi. Dondurmanı isə qonaqlar gedəndən sonra gətirdilər. 45 manatlıq menyu 20 manata da dəyməzdi. Təkcə musiqiçilərdən razı qaldıq. Qonaqlarım çox narazı getdi. Bilmirəm, təkcə bizim üçünmü bu hörmətsizliyi etdilər, yoxsa əvvəldən belədir".

Qeyd edək ki, məsələ ilə bağlı "Pluton" şadlıq sarayının müdriyyətinə münasibət öyrənmək üçün zəng etsək də, restoran nümayəndəsi bizə açıqlama vermək istəmədi.