BolgeXeber.Com » Xəbərlər » Salyan sakinlərindən "patı" aşkarlanıb

Salyan sakinlərindən "patı" aşkarlanıb

18-09-2021, 10:18
Oxunub: 1 024 Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.