BolgeXeber.Com » Xəbərlər » Rafael Cəbrayılov da koronavirusa yoluxdu: - Vəziyyəti ağırdır

Rafael Cəbrayılov da koronavirusa yoluxdu: - Vəziyyəti ağırdır

30-09-2021, 11:09
Oxunub: 1 120 Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov koronavirusa yoluxub.

Bolgexeber.comYenicag.az-a istinadən xəbər verir ki, COVID-19-a yoluxan Rafael Cəbrayılov öncə qapalı tipli xəstəxanaya, daha sonra isə özəl xəstəxanalardan birinə köçürülüb.

Həkimlər sabiq deputatın durumunu stabil-ağır olaraq dəyərləndirirlər.

Xatırladaq ki, Rafael Cəbrayılovun çoxsaylı dələduzluq əməlləri törətməklə insanlara külli miqdarda ziyan vurduğu müəyyən edilərək Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.