BolgeXeber.Com » Xəbərlər » Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olub

Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olub

1-10-2021, 11:18
Oxunub: 968 Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.
Bu barədə  müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında - Füzuli rayonunda dəfn olunacaq.
Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.