Astarada Xəzər sahilində meyiti tapılan qadın: “Məni dəniz qırağında axtarın”
1-10-2021, 12:27
Oxunub: 2 152
Astara rayonunda dəniz sahilindən 62 yaşlı qadının meyiti tapılıb.
Hadisə sübh saatlarında Şahağacı kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşova gecə vaxtı evdən xəbərsiz çıxıb.
Həyat yoldaşı, 1945-ci il təvəllüdlü Sədaqət Ağahəsən oğlu Dadaşov oyananda yoldaşının evdə olmadığını görüb, onu axtarmağa başlayıb. O, evdə stolun üstündə "Məni dəniz qırağında axtarın” cümləsi yazılmış kağız görüb.
Evləri dənizə yaxın olduğundan qohumlarla birlikdə onun axtarışlarına başlayıb. Ayaqqabılarının tapıldığı ərazidə V.Dadaşovanın cansız bədəni tapılaraq sudan çıxarılıb. Ailə üzvlərinin sözlərinə görə, mərhum uzun illər ruhi-əsəb xəstəliyindən müalicə alıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər