BolgeXeber.Com » Xəbərlər » Nazir Səbailə yeni polis rəisi TƏYİN ETDİ

Nazir Səbailə yeni polis rəisi TƏYİN ETDİ

6-10-2021, 10:28
Oxunub: 2 144 Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad olunub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daha bir əmrinə əsasən, Hikmət Qasımov Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumatı  təsdiləyib.
 
Qeyd edək ki, H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.