BolgeXeber.Com » Xəbərlər » Azərbaycan regionda sülhün təminatçısıdı

Azərbaycan regionda sülhün təminatçısıdı

6-10-2021, 13:30
Oxunub: 1 216 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda yenicə müstəqillik əldə edən Azərbaycan Respublikası öz qonşusu Ermənistanın məkirli siyasəti nəticəsində öz ərazilərinin 20 faiz torpaqlarını itirməklə işğalçılığa və terrorizmə məruz qaldı. Ermənistan öz havadarları hesabına bu işağçılıq və terrorizm əməllərini 30 ilə yaxın bir müddətdə davam etdirdi. Azərbaycan isə müstəqil bir dövlət kimi 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən inkişaf yoluna qədəm qoydu. Ölkəmiz işğalçılığa məruz qalan bir dövlət olaraq ordu quruculuğuna xüsusi diqqət ayırdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildən hakimiyyətə gələndə uzaqgörən bir siyasətçi kimi Ermənistan və onun havadarlarının heç vaxtı bu işğalçı siyasətindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmayacağını çox yaxşı bilirdi. 1994-cü ildə atəşkəs imzalandığı gündən münaqişənin həlli ilə bağlı danışıqlar, saysız-hesabsız görüşlər heç bir nəticə vermədi. Həmçinin BMT Təhlükəsizlik Şürasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr Ermənsitan Silahlı Qüvvələrinin qeyd-şərtsiz olaraq işğal etdiyi Azərbaycan ərazilərinin dərhal boşaldılmasını tələb etsə də çox təssüflər olsun ki, bu qətnamələrin icra mexanizmi olmadı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq arenada daha etibarlı bir tərəfdaşa çevrilməsinə səbəb oldu. Gün-gündən qüdrətlənən müstəqil Azərbaycan dövləti Ali Baş Komandının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ordu quruculuğu sayəsində özünü müdafiə qüdrətini daha da artırdı.

2020-ci il senytabr ayının 27-də düşmənin növbəti dəfə törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi 30 ilə yaxın işğala son qoydu. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bu müharibə həmdə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şürasının icra edilməyən qətnamələrin icrasınıda həyata keçirməklə regionda yeni bir reallığın yaranmasına səbəb oldu. Artıq bütün dünya ölkələri bir daha Ermənsitanın işğalçı bir dövlət olduğuna şahid oldular. İşğal edilmiş Azərbaycan şəhər və rayonlarında həyata keçirilmiş vandalizm əməlləri onların əsil simalarını göstərməkdədir.

Cənab Prezident İlham Əliyev həm 44 günlük Vətən müharibəsi həmdə ondan sonrakı dövrlərdə dünyanın ən möhtəbər xəbər agentliklərinə verdiyi müsahibələr də bir daha ölkəmizin haqq yolunda olduğunu sübut etdi. Həmçinin düşməni informasiya müharibəsində də məğlub etdi.

Bu gün Azərbaycan bir qalib ölkə kimi regionda sülhün təminatçısıdır. Ümumiyyətlə Azərbaycan hər zaman sülhsevər və dünyəvi bir dövlət olmuşdur. Tarixən öz qonşu dövlətləri ilə mehriban qonşuluq münasibətlərini saxlayan və sülh tərəfdarı olan bir dövlətdir.

Vətən müharibəsindən artıq bir il ötdü.Bu gün Ermənistanda öz işğalçılıq siyasətindən əl çəkmək istəməyən bəzi revanşist qüvvələr hələdə qalmaqdadır. Baxmayaraq ki, regionda davamlı sülhün və inkişafın təmin edilməsi üçün yaxşı zəmin yaranıb, onlar hələdə öz çirkin əməllərindən əl çəkmək istəmirlər.

Amma bu günki Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, regionda davamlı sülhün və inkişafın təmin edilməsi məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında mövcud ola bilər.

YAP Bərdə rayon təşkilatının məsləhətçisi - Elmir Məmmədov