"Zəfər Günü amnistiya ola bilər" - MÜJDƏ
7-10-2021, 13:45
Oxunub: 1 584
Bayramlar ərəfəsində bir qayda olaraq azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv sərəncamı imzalanır.
Qarşıdan 8 noyabr tarixində qeyd ediləcək Zəfər Günü gəlir. Bu bayram ərəfəsində növbəti əfv sərəncamı gözlənilirmi?
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Cebhe.info-ya bildirdi ki, bu il ərzində ölkə başçısı tərəfindən Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanmışdı:
“Həmin ərəfədə 500-dən artıq məhkum əfv olunmuşdu. Yeni bir əfv sərəncamı olmasını güman etmirəm. Hazırkı şəraitdə əfv komissiyasının iclası olmayıb. Əfv sərəncamının hazırlanması ilə bağlı müəyyən qədər vaxt lazımdır. Ancaq bu Prezidentin müstəsna səlahiyyətindədir və istənilən zaman əfv sərəncamı imzalaya bilər. Yaxın günlərdə əfv sərəncamının olmasına bir qədər pessimist yanaşıram. Ancaq amnistiya məsələsi meydana çıxa bilər. Çünki uzun müddətdir ki, amnistiya aktı qəbul olunmayıb. Sonuncu dəfə 2016-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə olmuşdu.
Son 4 amnistiya aktı Mehriban Əlyevanın təşəbbüsü ilə olub. Hər dörd ildən bir amnistiya aktının olması gözləniləndir. Hesab edirəm ki, parlament Zəfər Günü ilə bağlı amnistiya aktını qəbul edə bilər. Çünki Zəfər Günü çox möhtəşəm bir bayramdır.
Nəzərə almaq lazımdır ki, Vətən müharibəsində qələbə, Prezidentin əfv sərəncamının genişmiqyaslı olmasında təsir göstərən amillərdən biri idi. Bu baxımdan növbəti dəfə əfv sərəncamının deyil, amnistiya aktının olmasını güman edirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər